Sabunçu rayonunda 18 yaşlı gənc qətlə yetirilib.
Xeber-ps.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, hadisə iyunun 14-də rayonun Balaxanı qəsəbəsində qeydə alınıb: "Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü Rəşid Rüstəm oğlu İmanovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub".
Bildirilib ki, hazırda şübhəli şəxs axtarılır: "Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür".