Bakıda itkin düşmüş şəxs kimi axtarılan iki qadının ölkəni tərk etdikləri müəyyən edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin apardığı tədbirlərlə itkin düşmüş kimi axtarışda olan Risalə Zəkiyeva və Nəzrin Süleymanovanın ölkədə olmadıqları müəyyənləşib.
R.Zəkiyevanın 9 iyun, N.Süleymanovanın isə 11 iyun tarixində təyyarə ilə Türkiyəyə getdikləri dəqiqləşib.