Qəbələ rayonun Laza kəndi ərazisində içərisində iki nəfər olan avtomobil çayda batıb.
Xeber-ps.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bu gecə FHN-in "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Laza kəndi ərazisində intensiv yağıntılar səbəbindən yaranan selin təsirindən içərisində 2 nəfərin olduğu minik avtomobilinin çaya düşərək batıb qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.
Xilasedicilər tərəfindən operativ olaraq həyata keçirilən qəza-xilasetmə əməliyyatı nəticəsində çayda batmış VAZ-2106 markalı minik avtomobilinin təhlükəsiz əraziyə çıxarılması təmin edilib.
Qəbələdə içərisində iki nəfər olan avtomobil çayda batıb