APL-də may ayının ən yaxşı qolunu vuran futbolçunun adı AÇIQLANDI: Pul mükafatı verildi

Peşəkar Futbol Liqası (PFL) 2023/2024 mövsümündə may ayının ən yaxşı qolunun müəllifini mükafatlandırıb.

Xeber-ps.com xəbər verir ki, 35-ci turun "Səbail" - "Neftçi" matçında üçüncü qolun müəllifi olan Qara Qarayev 1 000 manatlıq mükafatın sahib olub.

Mükafatı yarımmüdafiəçiyə PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov təqdim edib.

0.090293884277344