İtaliya evdə, Gürcüstan səfərdə qələbə qazandı

Almaniyada təşkil olunacaq futbol üzrə Avropa çempionatının iştirakçı ölkələrindən bir neçəsi yoldaşlıq görüşü keçirib.

Oxu.Az xəbər verir ki, son qitə çempionu İtaliya doğma meydanda Bosniya və Herseqovinanı minimal hesabla məğlub edib - 1:0.

Monteneqronun qonağı olan Gürcüstan millisi 1:3 hesablı qələbəyə nail olub.

Slovakiya Uels yığmasının qapısından dörd cavabsız top keçirib - 4:0.

Fransa - Kanada oyununda isə hesab açılmayıb.

0.072443962097168