AVRO-2024: İngiltərənin işini asanlaşdıran qrupda növbəti tura yüksəlmə ehtimalları - C qrupu

Böyük maraqla gözlənilən AVRO-2024-ün C qrupunda qərarlaşan İngiltərə millisi burada Sloveniya, Danimarka və Serbiya seçmələri ilə üz-üzə gələcək.

Xeber-ps.com xəbər verir ki, İngiltərə millisi dünyanın ən bahalı heyətinə sahib olduğu üçün qrupu lider olaraq tamamlamaq gücünə sahibdir. Cud Bellinqem və Harri Keyn kimi hücumçuları olan komandaya qarşı mübarizə aparmaq elə də asan olmayacaq.

Qrupun ilk qarşılaşmasında Sloveniya ilə Danimarka milliləri üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Rəqiblər indiyədək ümumilikdə altı dəfə qarşılaşıblar. Bunlardan beşində Danimarka qalib gəlib. Bir dəfə isə heç-heçə qeydə alınıb. Bu göstəricini nəzərə alsaq, Sloveniya millisinin Danimarka ilə görüşdə qalib gəlmə ehtimalının çox aşağı olduğunu düşünə bilərik. Amma qapı xəttində Yan Oblakın olduğunu unutmamalıyıq. Bu isə sloveniyalılara az da olsa, görüşdə motivasiya ola bilər. Yeri gəlmişkən Sloveniya seçmə komandasının heyətinə nəzər yetirək.

Baş məşqçi Matyaj Kek 26 futbolçunu milliyə dəvət edib.

Qapıçılar: Yan Oblak ("Atletiko Madrid") , Vid Belec (APOEL), İqor Vekiç ("Veyle");

Müdafiəçilər: Zan Karniçnik ("Çelye"), Mixa Blaziç ("Lex Poznan"), Yaka Bijol ("Udineze"), Erik Yanza ("Gornik Zabrze"), Petar Stoyanoviç ("Sampdoriya"), Vanya Drkusiç ("Soçi"), David Brekalo ("Orlando Siti"), Yure Balkovets ("Alanyaspor");

Yarımmüdafiəçilər: Timi Elşnik ("Olimpiya"), Sandi Lovriç ("Udineze"), Adam Çerin ("Panatinaikos"), Yon Qorenç-Stankoviç ("Şturm-Qraz"), Tomi Horvat ("Şturm-Qraz"), Jasmin Kurtic ("Sudtirol"), Benjamin Verbiç ("Panatinaikos"), Nino Zuqelj ("Bodo-Qlimt"), Adrian Zelkoviç ("Spartak Trnava");

Hücumçular: Yan Mlakar ("Piza"), Jan Vipotnik ("Bordo"), Benjamin Sesko ("Leypziq"), Andraj Şporar ("Panatinaikos"), Jan Selar ("Luqano"), Yosip İliçiç ("Maribor").

Danimarka millisi isə uzun illərdir uğurlu çıxışları ilə hələ də diqqət mərkəzindədir. Son görüşdə İsveçi 2:1 hesabı ilə məğlub edərək motivasiya əldə edən danimarkalılar AVRO-2024-də C qrupunun ikincisi kimi növbəti mərhələyə adlama fürsətinə çox yaxındır. "Mançester Yunayted" klubunun parlamaqda olan gənc ulduzu Rasmus Hoylunda sahib olan Danimarka millisi hücum xəttində rəqiblərinə başağrısı ola bilər.

Milli komandaya 26 oyunçu dəvət olunub:

Qapıçılar: Kasper Şmeyxel ("Anderlext"), Frederik Rönnov ("Yunion"), Mads Hermansen ("Lester Siti");

Müdafiəçilər: Andreas Kristensen ("Barselona"), Simon Kayer ("Milan"), Yoakim Andersen ("Kristal Pelas"), Yannik Vesterqard ("Lester Siti"), Viktor Nellson ("Qalatasaray"); Aleksander Ba ("Benfika"), Yoakim Mele ("Volfsburq"), Rasmus Kristensen ("Roma"), Viktor Kristansen ("Bolonya"),

Yarımmüdafiəçilər: Kristian Eriksen ("Mançester Yunayted"), Tomas Dileyni ("Anderlext" ), Morten Yulmann ("Sportinq"), Pyer-Emil Hoyberq ("Tottenhem"), Matias Yensen ("Brendford"), Mikkel Damsqard ("Brentford");

Hücumçular: Kasper Dolberq ("Anderlext"), Rasmus Höylund ("Mançester Yunayted"), Yonas Vind ("Volfsburq"), Yussuf Poulsen ("Leypziq"). Anders Dreyer ("Anderlext"), Yakob Brunn Larsen ("Börnli").

Qrupun digər görüşündə isə İngiltərə və Serbiya milliləri qarşılaşacaqlar. Bu görüş seçmə komandaların tarixində ilk olacaq. Serbiya seçməsinin heyətində Vlahoviçin olması ingiltərəlilərin işini olduqca çətinə sala bilər. Amma hazırda dünyanın ən bahalı futbolçularına sahib olan İngiltərə millisinə qarşı görüşdə qələbə qazanmaq heç də asan vəzifə sayılmır. Bu qarşılaşmadan bir xalla ayrılmaq belə Serbiya millisi üçün uğur sayıla bilər. Çünki serbiyalıların qeyri-stabil oyunu ingiltərəlilərə qarşı oyunda bir sıra çətinliklər yarada bilər.

Milli komandaların heyətlərinə nəzər salaq:

İngiltərə millisinin baş məşqçi Qaret Sautqeyt 26 oyunçunu əsas heyətə dəvət edib.

Qapıçılar: Din Henderson ("Kristal Pelas"), Cordan Pikford ("Everton"), Aron Remsdeyl ("Arsenal");

Müdafiəçilər: Lyuis Dank ("Brayton"), Co Qomes ("Liverpul"), Mark Qei ("Kristal Pelas"), Ezri Konsa ("Aston Villa"), Lyuk Şou ("Mançester Yunayted"), Con Stounz ("Mançester Siti"), Kieran Trippier ("Nyukasl") , Kayl Uolker ("Mançester Siti");

Yarımmüdafiəçilər: Trent Aleksander-Arnold ("Liverpul"), Konor Qallager ("Çelsi"), Kobbi Maynu ("Mançester Yunayted"), Deklan Rays ("Arsenal"), Adam Uorton ("Kristal Pelas");

Hücumçular: Cud Bellinqem ("Real Madrid"), Carrod Bouen ("Vest Hem"), Ebereçi Eze ("Kristal Palas"), Fil Foden ("Mançester Siti"), Entoni Qordon ("Nyukasl"), Harri Keyn ("Bavariya"), Koul Palmer ("Çelsi"), Bukayo Saka ("Arsenal"), Ayvan Toni ("Brentford"), Olli Uotkins ("Aston Villa").

Serbiya millisinin də əsas heyətinə nəzər salaq.

Qapıçılar: Vanya Milinkoviç-Saviç ("Torino"), Predraq Raykoviç ("Malyorka"), Dorde Petroviç ("Çelsi");

Müdafiəçilər: Filip Mladenoviç ("Panatinaikos"), Miloş Veljkovic ("Verder"), Nemanya Qudelj ("Sevilya"), Nemanya Stoyiç ("TSC Baçka Topola"), Nikola Milenkoviç ("Fiorentina"), Srdan Babiç ("Spartak"), Strahinya Pavloviç ("Zalsburq"), Uros Spayic ("Srvena Zvezda");

Yarımmüdafiəçilər:

Andrixa Zivkoviç (PAOK), Duşan Tadiç ("Fənərbağça"), Filip Kostiç ("Yuventus"), İvan İliç ("Torino"), Lazar Samardziç ("Udineze"), Miyat Qacinoviç (AEK), Nemanya Maksimoviç ("Hetafe"), Saşa Lukiç ("Fulhem"), Sergey Milenkoviç-Saviç ("Əl-Hilal"), Srdan Mixailoviç ("Srvena Zvezda"), Veyko Birmançeviç ("Sparta Praqa");

Hücumçular: Aleksandar Mitroviç ("Əl-Hilal"), Duşan Vlahoviç ("Yuventus"), Luka Yoviç ("Milan"), Petar Ratkov ("Zalsburq").

Qeyd edək ki, Serbiya və İngiltərə milliləri arasında keçiriləcək görüş iyunun 16-da Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Anar Həsənov

0.093158960342407