İspaniyadan darmadağın, Portuqaliya xorvatlara uduzdu

Almaniyada təşkil olunacaq futbol üzrə Avropa çempionatının iştirakçı ölkələrindən bir neçəsi yoldaşlıq görüşü keçirib.

Xeber-ps.com xəbər verir ki, Danimarka Norveçi iki top fərqilə məğlub edib - 3:1. Kriştianu Ronaldusuz Portuqaliya doğma meydanda xorvatlara uduzub - 1:2.

Macarıstan İsraili böyük hesabla məğlub edib - 3:0. Sebiya səfərdə eyni hesabla İsveçdən, Belçika isə ev oyununda Lüksemburqdan üstün olub. Meydan sahiblərindən Lukaku dublla fərqlənib.

Həmçinin, Sloveniya - Bolqarıstan və İsveçrə - Avstriya matçlarında minimal hesablı heç-heçə qeydə alınıb - 1:1. İspaniya seçməsi isə Şimali İrlandiya yığmasını darmadağın edib - 5:1. Pireneylilərin heyətində Pedri dublla yadda qalıb.

0.060031890869141