"Çelsi" yarımmüdafiə xəttini gücləndirdi

İngiltərənin "Çelsi" klubu yay transfer pəncərəsi çərçivəsində ilk keçidi rəsmiləşdirib.

Məlumata görə, "zadəganlar" "Fulhem" klubundan yarımmüdafiəçi Tosin Adarabionu transfer ediblər.

Komanda Tosin Adarabio ilə dörd illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Çelsi" 26 yaşlı futbolçunun keçidi üçün "Fulhem"ə 35 milyon avro ödəyib.

Mənbə: Ntvspor.net

0.079212188720703