Kilian Mbappe dünyanın ən bahalı futbolçusu oldu

Fransa millisinin hücumçusu Kilian Mbappe İspaniyanın "Real" klubu ilə beşillik müqavilə imzaladıqdan sonra dünyanın ən bahalı futbolçusu olub.

Məlumata görə, Mbappenin dəyəri 244 milyon avrodur. Siyahıda ikinci pillədə Madrid klubunun digər futbolçusu Cud Bellinqem qərarlaşıb (187,8 milyon avro). İlk üçlüyü isə İngiltərənin "Mançester Siti" klubunun üzvü Erlinq Holand qapayıb (186,6 milyon avro).

"Football Benchmark"a görə ilk 10-luq belədir:

1. Kilian Mbappe ("Real Madrid", İspaniya) - 244,0 milyon avro;

2. Cud Bellinqem ("Real Madrid" İspaniya) - 187,8 milyon avro;

3. Erlinq Holand ("Mançester Siti", İngiltərə) - 186,6 milyon avro;

4. Vinisius Junior ("Real Madrid", İspaniya) - 176,2 milyon avro;

5. Fil Foden ("Mançester Siti", İngiltərə) - 150,0 milyon avro;

6. Bukayo Saka ("Arsenal", İngiltərə) - 142,7 milyon avro;

7. Camal Musiala ("Bavariya", Almaniya) - 130,7 milyon avro;

8. Florian Virtz ("Bayer 04", Almaniya) - 123,5 milyon avro;

9. Rodriqo ("Real Madrid", İspaniya) - 121,2 milyon avro;

10. Deklan Rays ("Arsenal", İngiltərə) - 117,9 milyon avro.

0.070940017700195