"Biz də Azərbaycan və Ermənistanın sülh üçün atdığı addımlara sevinirik".
Xeber-ps.com xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Azərbaycan Respublikası ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında çıxışı zamanı deyib.
Peter Siyartonun sözlərinə görə, bu regionda sülhün bərpa edilməsi önəmlidir:
"Biz istəmirik ki, Avropa İttifaqı sönən oda yenidən yağ töksün. Onlar Ermənistana mina təmizləmə üçün vəsait ayırırsa, eyni vəsait Azərbaycan üçün də ayrılmalıdır".
Könül Cəfərli