Dünyanın bir nömrəli tennisçisi Fransa çempionatını yarımçıq tərk etdi

"Rolan Qarros"un (Fransa açıq çempionatı) üçqat qalibi serbiyalı Novak Cokoviç cari turnirdəki çıxışından imtina edib.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Cokoviç sağ dizindəki zədə səbəbindən yarışdakı iştirakını dayandırıb.

Fransa açıq çempionatının hazırkı qalibi olan serbiyalı 1/4 finalda norveçli Kasper Ruudla qarşılaşmalı idi.

İyunun 3-də Cokoviç turnirin dördüncü tur matçında argentinalı Fransisko Çerundoloya qalib gəlib. Serbiyalı 370-ci Böyük Dəbilqə oyununda qələbə əldə edib ki, bu da 1968-ci ildən bəri kişi və qadınlar arasında mütləq rekorddur.

Turnirdə çıxışını dayandırdığı üçün Cokoviç dünyanın birinci raketkası titulunu qoruya bilməyəcək. Onu sıralamada italiyalı Cannik Sinner əvəz edəcək.

Mənbə: TASS

0.061933994293213