"Səbail" klubu kapitan Ağabala Ramazanovla yollarını ayırdı

"Səbail" klubu kapitan Ağabala Ramazanovla yollarını ayırıb.

Xeber-ps.com paytaxt təmsilçisinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə müddəti yenilənməyib.

Qeyd edək ki, A.Ramazanov karyerası ərzində 2 dəfə - 2018-2020 və 2022-2024-cü illər mövsümündə "dənizçilər"in formasını geyinib, ümumilikdə 80 oyuna çıxıb, 20 qol vurub, 8 məhsuldar ötürmə edib.

0.086488008499146