Azərbaycan millisi bu gün Avropa çempionatında Fransa ilə qarşılaşacaq

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında bu gün növbəti matçını keçirəcək.

Xeber-ps.com xəbər verir ki, millimiz qrup mərhələsinin üçüncü turunda Fransa ilə qarşılaşacaq.

Matçın start fiti saat 19:00-da səsləndiriləcək.

Qeyd edək ki, bundan əvvəlki iki turda Azərbaycan yığması Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib. Hazırda komanda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 3 xalla üçüncü, Belçika 1 xalla sonuncu pillədə qərarlaşıb.

0.067798852920532