Fransa mətbuatından Azərbaycana senzura - FOTO

Azərbaycanın Parisdəki səfiri Rəhman Mustafayev Fransa xəbər agentliyi “Agence France Presse”in ( AFP) onunla müsahibəsini yayımlamadığını bildirib.

“Twitter” hesabında Mustafayev AFP və müsahibəsinin yayımlanmasını rədd edən (müxbir) Didier Laurasanı qınayıb:

“Bizə söz verməkdən və məqalələrimizi dərc etməkdən imtina edən Le Figaro və digər KİV-i qınayıram. Fransada söz azadlığı belə “işləyir”.

Səfir Laurasın ona və Olivier adlı birinə göndərdiyi məktubun şəklini də paylaşıb. Məktubda “Söhbətin məzmunu nəzərə alınaraq hesabat verməməyə qərar verdik. Adı çəkilən ittihamlar təsdiqlənmədi”, - deyə qeyd olunub.

0.29010319709778