Mourinyo "Fənərbağça" klubuna rəhbərlik edəcək

Portuqaliyalı Joze Mourinyo Türkiyənin "Fənərbağça" futbol klubunun baş məşqçisi təyin edilib.

Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Müqavilənin şərtləri açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl jurnalist Canluka Di Marzio klub rəhbərliyinin mütəxəssisə iki illik müqavilə təklif etdiyini bildirmişdi.

Mənbə: ntvspor.net

0.063000917434692