"Qarabağ" səkkizinci dəfə Azərbaycan Kubokunun sahibi oldu

Azərbaycan Kubokunun qalibi olan "Qarabağ" klubu mükafatlandırılıb.

Xeber-ps.com xəbər verir ki, "Liv Bona Dea Arena"dakı tədbirdə AFFA prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezident Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidentinin vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov iştirak ediblər.

İlk olaraq "Zirə"yə gümüş medallar verilib. Daha sonra Ağdam təmsilçisinin oyunçularına mükafatlar və kubok təqdim olunub.

Azərbaycan Kubokunun "Qarabağ" - "Zirə" komandaları arasındakı final qarşılaşması baş tutub.

Xeber-ps.com xəbər verir ki, "Liv Bona Dea Arena"da keçirilən görüş 20:00-da başlayıb.

Qarşılaşma "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam klubu matçın 42-ci dəqiqəsində önə keçib, qolu Olavio Juninyo vurub.

Oyunun 57-ci dəqiqəsində İsmayıl İbrahimli rəqibi cəzalandırıb və hesab bərabərləşib.

Matçın 62-ci dəqiqəsində Abdullah Zubir komandasını yenidən önə keçirib - 2:1.

Qeyd edək ki, bununla da Ağdam klubu səkkizinci dəfə Azərbaycan Kubokunun qalibi olub.

Daha çox şəkil burada: PhotoStock.az

Azərbaycan Kubokunun finalında keçiriləcək "Qarabağ" - "Zirə" oyunu üçün heyətlər bəlli olub.

Xeber-ps.com xəbər verir ki, komandalar meydana aşağıda qeyd olunan "11-lik"də çıxacaqlar.

"Qarabağ": 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.

"Zirə": 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 5. Stefan Aka, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli.

Qeyd edək ki, görüş 20:00-da start götürəcək.

Bu gün Azərbaycan Kubokunda qalibin adına aydınlıq gətiriləcək.

Xeber-ps.com xəbər verir ki, Rəşad Sadıqovun "Zirə"si final görüşündə qalib gələrək ilk kubokunu muzeyinə aparmaq niyyətindədir. Amma Qurban Qurbanovun "Qarabağ"ına qarşı bu heç də asan vəzifə sayılmır.

Gərgin mübarizə vəd edən final görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

2 iyun

Azərbaycan Kuboku, final

20:00. "Zirə" - "Qarabağ"

Stadion: "Liv Bona Dea Arena"

0.068360090255737