Millimiz qələbə ilə başladı

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında ilk oyununu keçirib.

Xeber-ps.com xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi, F qrupunda yer alan yığma Belçika seçməsi ilə qarşılaşıb.

Görüş milli komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları Vüsal İsayev (2) və Samir Həmzəyev vurublar.

Azərbaycan millisi qrup mərhələsində növbəti oyunlarını iyunun 3-də İtaliyaya, bir gün sonra isə Fransaya qarşı keçirəcək.

Qeyd edək ki, bundan əvvəlki Avropa çempionatının qalibi məhz Azərbaycan millisi olub.

Anar Həsənov

0.067654848098755