Azərbaycanlı güləş hakimi Olimpiya Oyunlarında ədaləti qoruyacaq

Azərbaycan güləş hakimliyi növbəti uğuruna imza atıb.

Xeber-ps.com xəbər verir ki, ölkəmiz növbəti dəfə hakimlərin timsalında da Olimpiadada təmsil olunacaq.

I-S kateqoriyalı referi Asif Şirəliyev ikinci dəfə Olimpiya Oyunlarında ədaləti qoruyacaq. İlk dəfə Tokio-2020-də debüt edən 43 yaşlı hakim bu dəfə Paris-2024-də görüşləri idarə edəcək. Dünya Güləş Birliyi (UWW) geridə qalan yarışlarda idarəçiliyi qiymətləndirərək həmyerlimizə məsul yarışda etimad göstərib.

Qeyd edək ki, ümumilikdə 39 referi qarşıdan gələn Olimpiadada iş başında olacaq.

0.084157943725586