"Bayer" 31 ildən sonra yenidən Almaniya Kubokunun qalibi oldu

Leverkuzen şəhərinin "Bayer" komandası 31 ildən sonra yenidən Almaniya Kubokunun qalibi olub.

Xeber-ps.com xəbər verir ki, bu mövsüm çıxdığı 53 görüşün yalnız birində məğlub olan "Bayer Leverkuzen" Almaniya Kubokunun finalında "Kayzerslautern" klubunu 1:0 hesabı ilə məğlub edib.

Beləliklə "Bayer Leverkuzen" cari mövsümdə ikinci kubokunu qazanıb.

Qeyd edək ki, leverkuzenlilər 119 il sonra ilk dəfə Almaniya Bundesliqasının da qalibi olublar.

0.080734014511108