Türkiyədə baş vermiş yanğın nəticəsində bir kəndin 10 evi yanıb külə döndü - VİDEO

Türkiyədə Kastamonu şəhərinin Təpəharman kəndində yanğın 14 evin 10-nun yanaraq külə dönməsinə səbəb olub. Kəndin məscidi də yanıb.

Bu barədə DHA xəbər yayır.

Yanğına səbəb evlərin birinin elektrik şəbəkəsində baş verən qısaqapanma olub.

Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib.

İnsanlar təxliyyə olunaraq çadırlara yerləşdirilib.

 

0.37365198135376