NATO-nun baş katibi Baydeni prezident seçilməyi münasibətilə təbrik edib

NATO-nun baş katibi Yens Stoltenberq Demokrat partiyasından prezidentliyə namizəd Co Baydeni ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Bu barədə Şimali Atlantika Alyansının rəsmi saytında məlumat verilib.

“Co Baydeni ABŞ-ın növbəti prezidenti seçilməsi alqışlayıram. Cənab Baydeni NATO və transatlantik münasibətlərin güclü müttəfiqi kimi tanıyıram”, Y Stoltenberqin təbrikində qeyd olunub.

Həmçinin dünya liderlərindən Almaniyanın kansleri Angela Merkel, Böyük Britaniyanın Baş naziri Boris Conson, İspaniyanın Baş naziri Pedro Sançes, Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurts, Avropa Şurasının başçısı Şarl Mişel Co Baydeni ABŞ-ın 46-cı Prezidenti seçilməyi münasibəti ilə təbrik ediblər.

0.30992293357849