ABŞ-da səslərin hesablandığı binanın yaxınlığında minalanma təşvişi: Ticarət mərkəzi boşaldıldı

 

ABŞ-da Pensilvaniya ştatının Filadelfiya şəhər polisi prezident seçkiləri üçün səslərin sayıldığı Konvensiya Mərkəzinin (Pennsylvania Convention Center) yaxınlığında yerləşən böyük ticarət mərkəzində minalanma təhlükəsi olduğunu xəbər verib.

“CBS Philly” xəbər verir ki, binada heç bir partlayıcı tapılmayıb.

Ticarət mərkəzinin binasından insanların təxliyyə olunduğu bildirilir.

Təxliyyə yerli “İnquirer” qəzetinin yaxınlıqdakı ofisində də aparılıb.

Polis binanın hamısını yoxlayıb, ancaq mina təhdidinin yalan olduğu üzə çıxıb.

0.4371919631958