Azərbaycanda qurum sədrinə beynəlxalq müşavirlər seçildi - FOTO

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzliyə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində beynəlxalq müşavirlər seçilib. 

Agentlik sədrinin Latviya, İspaniya və Türkiyədən olan müşavirlər ilə ilk görüşü keçirilib.

Görüşdə xarici ekspertlər - Ringolds Arnitis (Latviya), Ana Allende (İspaniya), Güven Güneren, Nevzat Birişik, Veli Cengiz Özalp (Türkiyə) və Agentliyin əməkdaşları iştirak edib.

Agentlik sədri müşavir kimi cəlb olunan xarici ekspertlərə Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları və Azərbaycanın öz ərazisində apardığı əks-hücum əməliyyatları barədə ətraflı məlumat verib.

Qeyd edək ki, beynəlxalq müşavirlər qurum əməkdaşlarına qida təhlükəsizliyinə dair yeni prosedurlarla bağlı təlimlərin verilməsi, ölkədə mövcud olan qida təhlükəsizliyi təcrübələrinin və prosedurlarının inkişaf etdirilməsi, texniki normativ hüquqi aktların, təlimatların hazırlanması və beynəlxalq tələblərə uyğunlaşdırılmasında köməklik göstərəcəklər. 

0.34830713272095