Məşhur bloqer uşaqlarının dayəsini zorakılıqda ittiham etdi - VİDEO

Məşhur rusiyalı bloqer, beş uşaq anası Anna Ananova övladlarının dayəsini zorakılıqda ittiham edib. 

O, bununla bağlı “Instagram” hesabında paylaşım edib. 

Onun sözlərinə görə, dayənin tərbiyə metodları barədə ona böyük qızı danışıb, daha sonra evdə quraşdırılmış gizli kameranın qeydlərinə baxıb:

“Bu insan mənim uşaqlarımla olub. Bunu belə saxlamayacam. Polisə müraciət edəcəm”.

Videoda dayənin azyaşlıları bıçaqla qorxutduğu, şillə vurduğu görünür. 

0.29283595085144