Manhettendə nümayişçilər arasında küçə davaları gedir - VİDEO

Nyu-York şəhərinin Manhetten bölgəsi kütləvi nümayişlər səbəbindən demək olar ki, iflic olub.

“The New York Times” xəbər verir ki, demokratların və respublikaçıların tərəfdarları Manhettenin küçələrində üz-üzə gəlib.

Tərəflər arasında baş verən mübahisə küçə davaları ilə yekunlaşıb.

Həmçinin əraziyə cəlb olunan polis qüvvələri ilə nümayişçilər arasında da toqquşma olub.

Onlarla nümayişçi həbs olunub.

Xatırladaq ki, ABŞ-da noyabrın 3-də keçirilən prezident seçkilərindən dərhal sonra kütləvi nümayişlərə start verilib.  

0.27905702590942