Zığ şosesində iki zolaqda sürət həddi endirilib.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat Xidməti məlumat yayıb.
Zığ şosesi (SABIS SUN Bəynəlxalq Məktəbinin yaxınlığı) şəhər istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.
Sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən qeyd olunan istiqamətdə (təmir gedən hissəyə yaxın) zolaqda məhdudiyyət tətbiq edilib, iki zolaqda isə sürət həddi 20 və 10 km/saat endirilib.
Eyni zamanda məlumat sürət tablosunda “təmir işləri” xəbərdarlıq işarəsi qoyulub.
Sürücülərdən hərəkət zaman bu tablolara diqqət yetirmələri və sürət həddinə əməl etmələri xahiş olunur.
Xatırladaq ki, təmir gedən yolda sürət həddi zolaqlar üzrə müvafiq olaraq 110 və 90 km/saat olub.