Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Xeber-ps.com xəbər verir ki, hadisə Atatürk prospekti ilə Abbasqulu Abbaszadə küçəsinin kəsişməsində qeydə alınıb.
İlkin məlumatlara görə, qəzaya səbəb “Toyota Corolla” markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığında hərəkətini davam etdirməsi olub. Nəticədə nəqliyyat vasitəsi hərəkətdə olan “Mercedes” markalı avtomobil ilə toqquşub.
Zərbənin gücündən nəqliyyat vasitələri sözügedən prospekt istiqamətində yol kənarında dayanan avtomobillərə çırpılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Xeber-ps.com-ın sorğusuna cavab olaraq bildirib ki, yol-nəqliyyat hadisəsi bu gün qeydə alınıb:
“Hadisə zamanı ölən və yaralananlar barədə məlumat yoxdur. Əraziyə polis, əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır”.
Könül Cəfərli