Rusiyanın ən nüfuzlu gənc iş adamlarından birinin meyiti tapıldı

Qara dənizdə rusiyalı gənc biznesmen, “Skillbox” onlayn universitetinin qurucusu İqor Koropovun meyiti tapılıb. O, noyabrın 1-də yoxa çıxmışdı.

Bu barədə “Komsomolskaya Pravda” xəbər yayıb.

Xatırladaq ki, İqor Koropovun itməsi barədə polisə dostu xəbər vermişdi. O, Soçi şəhərində hoteldən İmeretinskaya ovalığındakı pirs istiqamətinə getmiş və bir daha geri qayıtmamışdı. Daha sonra pirsdə onun telefonu, çantası və skuteri aşkarlanmışdı.

İstintaq Komitəsi hələlik rəsmi şərh verməyib.

Qeyd edək ki, “Skillbox” onlayn universiteti Rusiya və MDB ölkələrində distant təhsil sahəsində liderlərdən biridir.

0.30717182159424