30 illik fasilədən sonra Şuşa şəhəri öz əzəli sakinlərini qarşılamağa hazırlaşır.
Xeber-ps.com xəbər verir ki, artıq keçmiş məcburi köçkünlərin Şuşaya qaytarılmasına start verilib və ilk köç karvanı yola hazırlaşır. Hazırda şuşalılar doğma yurd-yuvalarına köç həyəcanını yaşamaqdadırlar.
Qeyd edək ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Yeni yaşayış massivində 370 ailənin mənzillə təmin olunacağı bildirilib.
Videonu təqdim edirik: