DİN-dən ictimai nəqliyyatda yoxlamalar - FOTO

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirusun yayılmasının qarşısının alınmasına məqsədilə maarifləndrici reyd keçirilib. 

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, reyd, əsasən, rayon ərazisində xidmət göstərən ticarət mərkəzlərində və digər qapalı obyektlərdə, eləcə də, ictimai nəqliyyatda baş tutub.

Şöbə əməkdaşları tərəfindən sakinlərə pandemiya ərəfəsində həyata keçirilən tədbirlər barəsində geniş məlumatlar verilib, onlarla maarifləndirici söhbətlər aparılıb. 

Vətəndaşlara tibbi maskadan istifadənin və sosial məsafənin gözlənilməsinin vacibliyini diqqətə çatdıran polislər, qaydaları kobud şəkildə pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görüblər. 

0.33661603927612