Oxu.Az hüquq mühafizə orqanlarına müraciət edir - FOTO

Təəssüf hissi ilə bildirmək məcburiyyətindəyik ki, son vaxtlar Azərbaycanda populyar olan sosial şəbəkələrdə guya Xeber-ps.com saytından xəbərlərin “skrin”ini görə bilərik. Lakin saxta olduğunu anlamaq üçün onlara bir az nəzər salmaq kifayətdir.

Saxta dizayn ümumilikdə saytımızın dizaynına bənzəsə də, ayrı-ayrı detallar dərhal fərqləri büruzə verir.

Məsələn, saytımızın olduğu iddia edilən “skrin”də “43 il” göstərildiyi yerdə “dislayk”larımız göstərilib, amma “il” sözü bu hissəyə heç bir məntiqlə sığmır (FOTO 1).

FOTO 1

Xeber-ps.com saytındakı xəbərlərin yayımlandığı ay isə heç vaxt tam yazılmır (FOTO 2).

FOTO 2

Noyabr ayı bizdə “noyab.” kimi göstərilir, “skrin”də olduğu kimi, “noy” kimi yox (FOTO 3). 

FOTO 3

Biz heç vaxt savadsız başlıqlara yol verməmişik və heç vaxt buna yol vermərik (FOTO 4).

FOTO 4

Ağır müharibə şəraitində təxribatlara kimin ehtiyacı olduğunu dəqiq bilmirik, ancaq bunların düşmən tərəfinin hiyləgərliyi olduğunu təxmin edirik.

Buna görə də Xeber-ps.com komandası adından rəsmən ölkəmizin hüquq-mühafizə orqanlarına müraciət edərək, açıq şəkildə təxribat xarakterli saxtakarlıqlara diqqət yetirmələrini, bunların növbəti dəfə yayılmasının qarşısını almalarını xahiş edirik.

Əziz oxucularımız, sizə bildiririk ki, həmişə diqqətli olasınız, məlumatları yalnız Xeber-ps.com saytında oxuyasınız və sizə göndərilən heç bir “skrin”ə inanmayasınız.

0.98641705513