Ağcabədidə iribuynuzlu heyvan sürücünün ölümünə səbəb olub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Ağcabədi rayonu, Aşağı-Avşar kəndində yaşayan 1991-ci il təvəllüdlü Xəyal Rəhman oğlu Paşayev idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Zərdab-Mollakənd yolunun Zərdab rayonu, Şəftəhal kəndindən keçən hissəsində hərəkətdə olarkən qarşısına çıxan iribuynuzlu heyvanı vurması ilə idarəetməni itirib və avtomobilin yolun kənarına aşması nəticəsində aldığı çoxsaylı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Zərdab RPŞ-nin İstintaq qrupunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.