Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb - FAKTİKİ HAVA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərdə bildirilir ki, mayın 7-si saat 08:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, Şahdağda isə qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəranda 38 mm, Astarada 27 mm, Şəkidə 23 mm, Lerikdə 18 mm, Yardımlıda 17 mm, Neftçalada 11 mm, Qax (Sarıbaş), Biləsuvarda 7 mm, Şirvan, Cəlilabadda 6 mm, Şərur, Altıağac, Balakən, Xaltan, Qobustan, Qusar, Cəfərxan, Şamaxı, Sabirabad, Zaqatala, Quba, Culfa, Ordubad, Naxçıvan, Gədəbəy, Göygöl, Qəbələ, Şahdağ, İmişli, Şabran, Tovuz, Qrız, Şəmkir, Ağstafa, Göyçay, İsmayıllı, Ağsu, Kürdəmirdə 5 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 8 mm, Sumqayıt, Maştağa, Binədə 2 mm-dək olub.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 25 m/s, Naftalanda 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4 metrə çatıb.

Göygöl, Şəmkir, Balakən, Qrız, Qax, Balakən, Şahdağ, Göyçay, Şamaxı, Qusar, Şəki, Qəbələ, Şəmkir, Yardımlı, Gədəbəy, Altıağac, Daşkəsəndə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 7, Aran rayonlarında 15, dağlıq rayonlarda 6 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta olub.

0.10039305686951