Rusiyada yeniyetmə uşağı güllələdi

Rusiyanın Tümen vilayətində yeniyetmə ov edərkən on iki yaşlı uşağı vurub.

Gazeta.ru bu barədə regional prokurorluğun saytına istinadla məlumat verir.

Hadisə noyabrın 5-də Tobolsk rayonunun Varmaxli kəndi yaxınlığında baş verib.

“On üç yaşlı oğlan meşədə ov edərkən on iki yaşlı uşağı güllələyib. O, aldığı xəsarətdən ölüb. Hadisənin təfərrüatları araşdırılır”, - deyə məlumatda qeyd olunur.

Faktla əlaqədar olaraq silah qanunvericiliyinə əməl olunması və hər iki oğlanın valideynlərinin vəzifələrini yerinə yetirmələri ilə bağlı yoxlama aparılır.

0.30138206481934