Çox tərləyənlər nə etməlidirlər?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir.

Axşam.az xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artıq istifadəsi müxtəlif dəri xəstəliklərinə, o cümlədən, qadınlarda döş xərçənginə səbəb ola bilir.

Sizə təqdim edəcəyimiz resept isə tamamilə təbii məhsullardan ibarətdir.

Lazım olanlar:

Səkkiz x.q kokos yağı
yarım fincan qarğıdalı nişastası
yarım fincan soda
Dörd-beş damcı hər hansı təbii ətirli yağ

Hazırlanması:

Soda və qarğıdalı nişastasını qarışdırın. Kokos yağı əlavə edin. Daha sonra istədiyiniz yağı əlavə edərək qaba doldurun. Bu köhnə dezodorant qabı da ola bilər. Qarışımı iki həftə ərzində istifadə etmək lazımdır.

0.098110914230347