Cavanşir körpüsü sökülür? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xətai rayonunda yerləşən Cavanşir yolötürücüsü sökülə bilər.

Xezerxeber.az-ın məlumatına görə, 1962-ci ildə istismara verilmiş körpüdə təhlükəsizlik məqsədilə sınaqlar aparılıb.

2023-cü ildə İngiltərənin “Twi Caspian Sea” şirkətinin Azərbaycandakı filialının və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssislərinin birgə iştirakı ilə Cavanşir yolötürücüsündə müayinə və sınaq işləri yerinə yetirilib.

Bununla yanaşı, 32 ton olan yük avtomobillərindən istifadə etməklə aparılan sınaq zamanı müəyyən edilib ki, yük maşınlarının hərəkəti zamanı aşırım qurğusundakı əyilmə normadan artıqdır. Bu isə qəza riskini artırır.

Mövzuya münasibət bildirən yol hərəkəti üzrə ekspert Yasin Mustafayev deyir ki, bir vaxtlar körpünün tikintisinə zərurət yaxınlıqda yerləşən limana dəmir yolunun çəkilməsi ilə bağlı olub. Həmin ərazidə liman və dəmir yolu ləğv olunub. İndi isə yolötürücü standartdan kənar olmaqla yanaşı, həm də tıxaca səbəb olur.

Başqa bir məsələ həmin ərazinin ən yüksək standartlara uyğun yenidən qurulması və bu körpünün həmin ərazinin müasir ahənginə xələl gətirməsidir.

Qeyd edək ki, istismar dövründə qurğuda ciddi qüsurlar və deformasiyalar əmələ gəlib. 2018-ci ildə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdindəki İnstitut yolötürücünün demontaj edilməsini tövsiyə edib.

Daha ətraflı videomaterialda:

 

0.10128688812256