Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Türkiyə Superliqasında 35-ci turun oyunları keçirilib.

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” səfərdə “İstanbulspor”la qarşılaşıb. Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

29 yaşlı Şahruddin Məhəmmədəliyev meydana start heyətdə çıxıb və 90 dəqiqəni çərçivədə keçirib. Millimizin üzvü oyunda beş kritik qurtarışla yadda qalıb. Nəticədə futbolçumuz sözügedən qarşılaşmada “Adana Demirspor”un heyətində ən yaxşı oyun keçirən üç futbolçudan biri olub.

Mənbə: Adanademirspor.org.tr

0.15632104873657