Beynəlxalq turnirdə iştirak edəcək güləşçilərimiz arasında zədəlilər var? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Güləş üzrə milli komandamız İstanbulda keçiriləcək Dünya Olimpiya Təsnifat turnirinə hazırlıqları davam etdirir”.

Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev Xeber-ps.com-a bu barədə açıqlama verib.

“Komandalarımı Bakıda təlim məşq toplanışları keçirirlər. Bu yarışda yalnız qadınlar və yunan-roma güləşçilərimiz iştirak edəcəklər. Sərbəst güləşçilərimiz isə Olimpiya oyunlarına lisenziyanı təmin ediblər və qarşıya qoyulan tapşırığın öhdəsindən gəliblər. Millimiz dörd çəkidə yunan-roma, beş çəkidə isə qadın güləşində təmsil olunacaq. 1-ci, 2-ci və 3-cü yerin sahibləri Yay Olimpiya oyunlarına lisenziya qazanacaqlar”, - o qeyd edib.

Sərxan Musayev əlavə olaraq güləşçilərimizin heç birində ciddi zədə olmadığını bildirib.

0.085817098617554