Tofiq Cəfərli: “Elektron məkanda qadağan olan informasiyaların yayılmasına qarşı tədbirlər görülür”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Elektron məkanda fərdi məlumatların yerləşdirilməsi ona ehtimal yaradır ki, həmin məlumatlar vətəndaşın özünə qarşı istifadə oluna bilər”.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Tofiq Cəfərli bu gün Bakıda keçirilən “İctimai proseslər media müstəvisində” mövzusundakı Forumda deyib.

“Elektron məkanda kiberbullinqlə qarşılaşan yaş qrupu məhz uşaqlardır. Maarifləndirmə zamanı bir neçə məqama xüsusi yer verilir. İlk növbədə valideynlərin sosial media platformaları və onların imkanları haqqında maarifləndirməsidir. Fərdi məlumatlar olduqca ciddi bir mövzudur. Uşaqlar və gənclər günün çox hissəsini sosial şəbəkələrdə keçirirlər. Onlar qəbul etdikləri məlumatları məhz bu mənbələrdən alırlar”, - deyə o qeyd edib.

T. Cəfərli təmsil etdiyi qurumun qanunvericiliklə yayılması qadağan olan informasiyalara qarşı müvafiq dövlət orqanları ilə birgə preventiv tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.

0.12129998207092