Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının ötən gün Əmircan, Bülbülə, Qaraçuxur və digər ərazilərində keçirdikləri tədbirlərlə 5 obyektdən xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan 162 ədəd kəsici-deşici alət aşkar olunaraq götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən də Yeni Günəşli qəsəbəsində yerləşən mağazalardan birindən 73 ədəd soyuq silah hesab edilən bıçaq aşkarlanıb.

Analoji tədbirlər polis əməkdaşları tərəfindən paytaxtın Nərimanov və Xəzər rayonlarında da həyata keçirilib. Qeyd edilən rayonların ərazisində yerləşən 4 mağazadan 126 ədəd insan sağlamlığına xəsarət yetirmək təyinatına malik bıçaq və digər kəsici alətlər götürülüb.

Maddi sübut kimi götürülən həmin silahlarla bağlı ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

0.14125800132751