Körpə Dənizin dəstəyə ehtiyacı var: Dərmanlarını ala bilmirlər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Altı aylıq Dənizin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Xeber-ps.com-a onun anası Aygül Abbasova məlumat verib.

O bildirib ki, övladı ötən ilin noyabr ayında dünyaya gəlib.

“Dəniz ötən ilin noyabr ayında dünyaya gəlib. Doğulduğu gündən həkimlər onun beynində kista olduğunu bildirdilər. Elə həmin gündən də müalicələrə başlamışıq. Müalicələr müsbət təsir edir, zamanla Dənizin beynindəki kista balacalaşıb”.

Aygül Abbasova bildirib ki, övladının müalicəsi üçün dəstəyə ehtiyacları var.

“Biz Dənizin müalicəsi üçün aylıq 800 manata yaxın pul xərcləməli oluruq. Özümüz rayonda, Goranboyda yaşayırıq. Yoldaşım fəhləlik edir, özüm isə evdar qadınam. Həkimlər müalicəni davam etdirsək, Dənizin beynindəki kistanın tamamilə çəkiləcəyi, sağlam uşaq ola biləcəyini deyirlər. İnanın, bu altı ayda tamamilə tükənmişik. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 676-15-04.

Bank Respublika: 4244 4848 4305 6726.

0.099341869354248