Sizinlə eyni dövrdə yaşadığımız üçün fəxr və qürur hissi keçiririk - Ali Baş Komandana MÜRACİƏTLƏR

Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur.

Müraciətlərdə bildirilir ki, Azərbaycan xalqı Ali Baş komandanın rəhbərliyi və şanlı Ordumuzun şücaəti ilə düşmənin geri çəkiləcəyinə, müharibənin bitəcəyinə, qələbənin bizim olacağına əmindir.

Xalq dövlət başçısının Azərbaycan tarixinin dövlətçilik səhifəsində böyük bir tarix yaratdığını, düşmənlərə və onların havadarlarına tarixi dərs verdiyini vurğulayır.

Ali Baş Komandana ünvanlanan məktublarda xalqın hər bir üzvünün onunla eyni dövrdə yaşadığı üçün fəxr və qürur hissi keçirdiyi qeyd olunur.

Xalq ölkə başçısının bu günlərdəki məğrur duruşunu, qətiyyətli mövqeyini, düşmənə layiqli cavablarını görür və bundan qürurlanır.

0.31458711624146