Fuad Əliyev: İllər boyu bu 1 faiz ödənişi edəndən sonra bir fayda görmürlər

“Müstəqil Həmkarlar Birliyi olaraq pozitiv münasibətimiz, peşəkar əzmkarlıq və təşəbbüskarlıqla birləşərək, arzuolunan nəticələri verəcəkdir”

Bunu Azreform.info-ya Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev amıqlmasında bildirib.

- Fuad müəllim Müstəqil Həmkarlar Birliyinin sədri kimi sizi ən çox nə narahat edir?

- Ən böyük narahatlığım özəl şirkətlərin sahiblərindən həmkarlara münasibətləri. Digər tərəfdən işçilərin də həmkarlara üzv olmaq maraqsız olduqları. Məlum məsələdir ki, işçilərin həmkarlara maraq göstərməmək Müstəqil Həmkarlar Birliyilə bağlı deyil. Bu münasibət özəl şirkətlərə, dövlət təşkilatlardan gəlir. Onlar görürlər ki, dövlət təşkilatlarında işçilər maaşlarının 1 faizini həmkarların büdcəsinə ayırmaq istəmirlər. Çünki illər boyu bu 1 faiz ödənişi edəndən sonra bir fayda görmürlər. Həmkarlar təşkilatları işçinin hüquqlarını qorumurlar. Həmkarlar təşkilatları zəhmətkeşlərin gözləntilərini doğrultmur.

Digər tərəfdən özəl şirkətlərin sahibləri də əsil həmkarlar təşkilatların fəaliyyətindən maraqsızdılar. Çünki əsl həmkarlar təşkilatı işçilərin hüquqlarını qoruyacaq. Bu da onlara sərf etmir. Ona görə özəl şirkətlərin sahibləri həmkarlar təşkilatın yaranmasına razılıq versə belə, təşkilatın sədrini öz adamını seçdirir. Bilir ki, bu sədrdən heç bir problem olmayacaq, işçini işdən azad edəndə “susacaq”. 

- İşəgötürənin həmkarlar təşkilatları ilə əməkdaşlığa razı olması üçün hansı arqumentlər olmalıdır?

- Həmkarlar  labüd maraqların toqquşmasına qarışan təşkilatdır. Əgər tərəfdaşlar arasında razılıq yoxdursa və onlar buna can atmırlarsa, bu, istər-istəməz komandaya təsir edəcək. Hərəkətin rahat, etibarlı və münaqişəsiz olması üçün aydın, dəqiq razılaşmalar və qaydalar və onların ciddi şəkildə həyata keçirilməsi zəruridir. İşəgötürən həmkarlar təşkilatları ilə əməkdaşlıq etməklə qanunvericiliyə uyğun fəaliyyət göstərən və tam məsuliyyət daşıyan sosial tərəfdaşı qəbul edir; işçilərin sosial və şəxsi məsələlərinin həllində köməkçi; əmək və istehsalat intizamının təmin edilməsində tərəfdaş; əmək mübahisələrinin həllində köməkçi və s. Həmkarlar təşkilatı və işəgötürən həm sosial, həm də istehsalat sferasında yaranan problemlərin həlli üçün qarşılıqlı fəaliyyət göstərən sosial tərəfdaşlardır. Təşkilatınızdakı həmkarlar ittifaqından qorxmağa ehtiyac yoxdur. Onun mövcudluğu bir çox məsələlərin və problemlərin həllini asanlaşdırır. Onunla düzgün qurulmuş əməkdaşlıq istənilən müəssisənin işinin təşkilinə ciddi dəstək verəcək. Amma təşkilatda məsuliyyətli həmkarlar təşkilatın rəhbəri görünməsə, rəhbərlər şəxsi nümunə ilə həmkarlar təşkilatlara dəstək verməsələr, təbii ki, nəticə olmayacaq.

- Sizcə, həmkarlar təşkilatların üzvləri niyə passivdirlər?

- Hesab edirəm ki, Həmkarlar təşkilatının həmkarlar üzvlərinə laqeydliyidir. Heç bir işdə iştirak etməyən insanlar təşkilatın idarə olunmasında necə iştirak edə bilər? Həmkarlar təşkilatların üzvləri təşkilatın sədrini seçmirlər. “Yuxarıdan məsləhət” olanı seçirlər. Bilirlər ki, bu “məsləhət” olunan adama səs verməsələr, sonra işdə problemlərlə üzləşəcəklər. Həmkarlar təşkilatları öz işini elə aparmalıdır ki, təşkilat üzvləri aktiv olsunlar.

- Bəs həmkarlar təşkilatına kimin hesabına kəmiyyət və keyfiyyətcə inkişaf edə bilir?

- Bu, istənilən qurumun əsas məsələlərindən biridir. Cavab özünü göstərir - gənclərin hesabına. Ona görə də Müstəqil Həmkarlar Birliyinə cəlb olunması istiqamətində işlər məqsədyönlüdür və gənclərin formatları nəzərə alınır. Gənclik böyük strateji resursdur, bu gün onun uğrunda mübarizə aparmaq lazımdır. Gənclərin fəaliyyəti ilə öyünməyə xüsusi bir şey yoxdur. Gənclər sosial yükü öz üzərlərinə götürmək istəmirlər. İndiki nəsil əvvəlki kimi kollektivizm səviyyəsi ilə xarakterizə olunmur. Daha çox şəxsi maraqla xarakterizə olunur, bu normaldır. Onlar pul qazanmaqla məşğuldurlar və hər addımda “bir kök yox, bir kisə kök” almaq istəyirlər. Bu baxımdan üzv təşkilatlarda gənclər şuralarının rolu həmişəkindən daha böyükdür. Söhbətin sonunda demək istərdim ki, müəyyən edilmiş iş tərzini dəyişdirmək istəməməsini aradan qaldırmaq lazımdır. Əminəm ki, bizim, Müstəqil Həmkarlar Birliyi olaraq pozitiv münasibətimiz, peşəkar əzmkarlıq və təşəbbüskarlıqla birləşərək, arzu olunan nəticələri verəcəkdir.

0.089941024780273