Xərçəngdən əziyyət çəkən 26 yaşlı Ağarəhim İbrahimovun köməyinizə ehtiyacı var.
Bununla bağlı Xeber-ps.com-a onun xalası Dinara İslamzadə müraciət edib.
D.İslamzadənin sözlərinə görə, bacısı oğlu Rəhimin boynunda uşaqlıqdan olan xal 2022-ci ilin fevral ayında qəflətən şişib və qanamağa başlayıb.
“Onu cərraha apardıq, xalı götürdülər və biopsiyaya göndərdilər. Qərar - limfa düyünlərində, boyun nahiyəsində metastazlarla 3-cü mərhələ melanoma (dəri və ya selikli qişaların nahiyəsində bədxassəli şişin böyüməsi ilə özünü göstərən təhlükəli onkoloji xəstəlikdir - red.).
Çoxlu müayinə, tomoqrafiya və analizlər başladı, xəstəxanada yatdı, o isə uşaqlıqdan bir çox dərmanlara qarşı allergiyalı idi.
Bu iki il ərzində üç əməliyyat edildi, metastazlı limfa çıxarıldı, boyundakı yara o qədər dərin idi ki, daha sonra bud dərisi köçürüldü. Bu əməliyyatlara görə kimyaterapiyanı düzgün aparmağa vaxtımız olmadı, əməliyyatlardan sağalana, bərpa olana qədər yenə yeni limfa zədələnirdi.
Daha sonra 2023-cü ilin dekabr ayından əvvəlki pozitron emissiya tomoqrafiyasından (PET, xərçəngin diaqnostikasının effektiv və müasir metodu - red.) sonra orqanlarda - dalaqda, qaraciyərdə və böyrəkdə metastazlar barədə məlumat aldıq. Xəstəlik irəliləməyə başladı”.
Dinara xanımın sözlərinə görə artıq bütün imkanlar tükənib, hələ bir dəfə sosial şəbəkələrdəki paylaşımlar kiçik də olsa, vəsait gətirib, amma sonra cari ilin martın 5-də sonuncu PET müayinəsi zamanı daha çox metastaz müəyyən olunub.
“Bədən çəki itirdiyinə və immuniteti düşdüyünə görə həkim kimyaterapiyadan imtina etdi. Ona hələlik və üç ay ərzində üç həftədən bir immunoterapiya yazıldı. Bunun üçün bizə 6000 manat lazımdır. Bizim belə imkanlarımız yoxdur, amma təslim ola bilmərik: onun cəmi 26 yaşı var, hələ həyatı qabaqdadır. Laqeyd olmayan insanlardan Ağarəhimi xilas etməyimizə köməklik göstərmələrini xahiş edirəm”, - deyə Dinara xanım müraciətində bildirib.
Ailə ilə əlaqə saxlamaq üçün nömrə: (055) 348-48-20 (Dinarə İslamzadə, Ağarəhimin xalası).
Bank kartı nömrəsi: 5239 1517 3559 7281.