Soyuq havaları may aylarına qədər davam edən Şəkinin Oraban və Baş Kəldək kəndlərində təbii qazın olmaması sakinləri çətin vəziyyətdə qoyub.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər məcbur olub odundan istifadə edirlər. Odun almaq isə onlara baha başa gəlir.
Məsələ ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, cari ildə Şəki rayonunda beş yaşayış məntəqəsinin ,o cümlədən Şəki şəhərində üç yeni kvartalın qazlaşdırılması nəzərdə tutulub:
“Həmin kəndlərin də qazlaşdırılması hədəflərdən biridir. Növbəti ildə bu iki kəndin də qazlaşdırılması həyata keçiriləcək”.
Ətraflı süjetdə: