Yetkinlik yaşına çatmayanlara siqaret satan üç mağaza sahibi cərimələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb.

Bu barədə Xeber-ps.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Həmin obyektlərin sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Bildirilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.

0.10042881965637