İsveçrə koronavirusla mübarizəyə ordunu cəlb edir

İsveçrə hökuməti koronavirusla mübarizəyə ordunu da cəlb etməyə qərar verib.

Bu barədə “İnterfaks” məlumat yayıb.

“Federal Şura qərar verib ki, 2.5 min hərbçini cəlb etməklə ictimai səhiyyə sahəsinə kömək etsin”, - deyə İsveçrə hökumətindən bildirilib.

Hərbçilər xəstəxanalarda çalışacaq, testləri aparacaq və xəstələrin daşınmasını icra edəcək.

0.30916810035706