ABŞ-da keçirilən prezident seçkilərində seçici fəallığı 120 ildə ən yüksək göstəriciyə çatıb.
Bu barədə “The Hill” məlumat yayıb.
“Bu standart deyil. 2020-ci ilin prezident seçkilərində 120 ilin ən yüksək seçici fəallığı qeydə alınıb”, - deyə Florida Universitetinin politologiya professoru Maykl Makdonald bildirib.
Politoloq bildirib ki, ilkin məlumatlara əsasən, seçkidə 160 milyon insan səs verib, yəni seçici fəallığı 66.9 faiz olub.
1900-cü ildə keçirilən seçkilərdə seçici fəallığı 73.7 faiz olub. Makdonald qeyd edib ki, səslərin sayılması davam edir, buna görə də seçici fəallığı ilə bağlı göstərici yenilənəcək.