Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;
4. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;
5. Zərifə Əliyeva küçəsində;
6. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
8. Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.