Milyonluq avtoqəza: “Ferrari” “McLaren”ə çırpıldı - VİDEO

Rusiyanın Soçi şəhərinin mərkəzində “Ferrari” və “Mercedes McLaren” markalı avtomobillər toqquşub. 

“Kuban 24” xəbər verir ki, qəzaya səbəb sürücülərin bir-birinə yol verməməsi olub. 

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. 

Qeyd edək ki, bu idman avtomobillərinin ümumi qiyməti bir milyon dollardan çoxdur.

0.35313200950623